LG kosmetika buraxacaq
24 Aprel 2014 23:53
Cənubi Koreyanın LG Group korporasiyasının LG Household & Healthcare struktur bölməsi dünyanın tanınmış Elizabeth Arden kosmetik brendini satın almaq niyyətini açıqlayıb. Qadınlar üçün dekorativ kosmetika istehsal edən şirkət 1910-cu ildən bazarda fəaliyyət göstərir. Milli.Az ICTnews-a istinadən bildirir ki, LG Household & Healthcare nümayəndəsinin sözlərinə görə, şirkət Elizabeth Arden daxil olmaqla 2 və ya 3 kosmetika istehsalçısını satın almağa hazırlaşır.
LG Household & Healthcare kosmetika və ev ləvazimatları, həmçinin içki istehsalı ilə məşğul olur.
Milli.Az