Sınaq imtahanlarının nəticələri açıqlandı - YENİLƏNİB

24 Aprel 2014 17:13

17:13

Aprelin 20-də keçilən sınaq imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49066 abituriyentdən 2981 nəfəri imtahanda iştirak etməyib.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, imtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticələri ləğv edilib. TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 46075 abituriyentin imtahan nəticələri yerləşdirilib. Ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 20-də keçirilmiş sınaq imtahanının nəticələrini aprelin 24-də saat 12:00-dən etibarən elan edib. Hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


----------
16:36


Aprelin 20-də keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb.

Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Abituriyentlər nəticələri ilə TQDK-nın rəsmi internet saytından (http://eservices.tqdk.gov.az/netsinaq/ ) tanış ola bilər.
 

Komissiya aprelin 20-də ali məktəb və kolleclərə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib. İmtahanda iştirak etmək üçün 49066 abituriyent qeydiyyatdan keçib.


---------
11:18

"Sınaq imtahanlarının cavablarının bu gün açıqlanması nəzərdə tutulur"

Bunu Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

Qeyd edək ki, aprelin 20-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün 24 şəhər və rayonda sınaq imtahanı keçirib.

İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Gədəbəy, Ağstafa, Mingəçevir, Goranboy, Şəki, Balakən, Qəbələ, Bərdə, Ağcabədi, Ağdam, Göyçay, Ucar, Ağsu, Şirvan, Sabirabad, Lənkəran, Astara, Quba və Qusarda ümumilikdə 64 binada təşkil olunub.

Milli.Az