Niyam Salaminin Robin Qud sayağı ox atma yarışı - FOTO
23 Aprel 2014 16:25
Bu həftə Texno Parkın qonağı müğənni Niyam Salami oldu. Gözləmədiyi halda tez-tez ekstrimlə qarşılaşan müğənni bu hadisələrdən ağız dolusu danışdı.
Müsahibəyə başı qarışan müğənni sonda yarışacağını biləndə təəccübləndi. Amma hansı yarışmada sınanacağından xəbərsiz olan Niyam çox nigaran görünürdü.
Daha sonra ox atma meydançasına gətirilən müğənni özünü Robin Quda bənzətməklə vəziyyətdən çıxmaq istədi.
Robin Qud sayağı ox atmağa cəhd göstərən müğənni, görəsən, sonda qalib gələ bildimi?
Bütün bunlardan xəbərdar olmaq istəyirsinizsə, aprelin 26-sı səhər saat 10:30-da ATV kanalında yayımlanan Texno Parka baxın.
Verilişin sponsoru Wentto Telecom.
İnformasiya dəstəyi Milli.Az və Day.Az saytlarıdır.
Verilişi eləcədə daytube.az video.day.az/user-1032-da izləyə bilərsiniz.
Böyütmək üçün şəkillərə klikləyin.


