Milli.Az ICTnews-a istinadən bildirir ki, əvvəl hesab edilirdi ki, ekran əsəri Döyüş klubu və Sosial şəbəkə filmlərinin rejissoru Devid Finçer tərəfindən çəkiləcək, amma onun qonorar tələbinin çox yüksək olması Sony şirkətini qane etməyib.
The Wrap kino nəşri yazır ki, indi Sony rejissor kimi Denni Boylu filmə cəlb etməyi planlaşdırır. Qeyd edək ki, o, Çimərlik filminin rejissorudur. Çimərlik filmində baş rolu oynamış Di Kaprio Boylla iş təcrübəsinə malik olduğu üçün ehtimal edilir ki, aktyor kino şirkətinin təklifini qəbul edəcək.
Milli.Az