iOS yeniləndi

23 Aprel 2014 13:19

Apple şirkəti öz mobil əməliyyat sisteminin növbəti versiyasını (7.1.1) təqdim edib. iOS platformasının son versiyasını yükləmək üçün iPhone/iPad/iPod Touch qurğularında sazlamalara daxil olmaq, Əsasları və daha sonra Proqram təminatının yenilənməsi punktunu seçmək lazımdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni versiyada səhvlər aradan qaldırılıb və təhlükəsizlik sistemi təkmilləşdirilib.

Yeniliklər:

1.Touch ID işləmə dəqiqliyində yaranan problemlər aradan qaldırılıb.

2.Klaviaturanın həssaslığı artırılıb.

3.VoiceOver aktiv olan zaman, Bluetooth klaviaturada yaranan problem aradan qaldırılıb.

Milli.Az