Obama son vaxtlar ağlayır

9 Aprel 2015 22:12

ABŞ Prezidenti Obama son vaxtlar ağladığını dilə gətirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ABŞ prezidenti Barak Obama bir hadisənin onu kədərləndirdiyini bildirib:

"Qızım Malia An yaxın gələcəkdə başqa ştatda universitet oxumağa gedəcək və yuvamızdan ayrılacaq. Bu yadıma düşəndə ağlayıram".

Qeyd edək ki, Obamanın böyük qızı Malia Anın 16 yaşı var.

Milli.Az