Luka Modriç hara gedir?

22 Aprel 2014 16:35
"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda komandadan ayrılacaq.

Milli.Az-ın qol.az-a istinadən verdiyi məlumata görə, bu barədə xorvatiyalı futbolçunun özü deyib. İspaniyaya uyğunlaşa bilmədiyini dilə gətirən təcrübəli futbolçunun yenidən İngiltərə Premyer Liqasına qayıdacağı iddia olunur. Modriçlə "Çelsi" klubu yaxından maraqlanır. Artıq 28 yaşlı futbolçunun təzminat qiyməti də açıqlanıb. Modriçi transfer etmək istəyən komanda 50-55 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, Modriç 2012-ci ildə "Tottenhem"dən "Real"a transfer olunub.

Milli.Az