Əvvəllər ən sürətli lift 60,6 km/saat sürətlə hərəkət edən Tayvan lifti hesab edilib.
Hitachi mütəxəssislərinin sözlərinə görə, yüksək sürətə daha güclü mühərrik və yüngül burazlar sayəsində nail olunub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni qurğudan növbəti ildən Çinin Quançjou şəhərində inşası davam etdirilən və hündürlüyü 530 m təşkil edən 111 mərtəbəlik binada istifadə planlaşdırılır.
Şirkət nümayəndəsi Tosiyuki Ononun sözlərinə görə, Hitachi texnologiyanı Çin bazarında (liftlərə olan dünya tələbatının 60 faizi bu ölkənin payına düşür) inkişaf etdirmək niyyətindədir.
Milli.Az