Google yeni istehsalçı arayır

23 Aprel 2014 20:15
Digitimes.com resursu yazır ki, Google şirkəti HTC ilə əməkdaşlıq çərçivəsində növbəti qabaqcıl planşetini buraxa bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Google şirkəti üçün 7 düymlük Nexus planşetlərinin son iki nəslini Asustek şirkəti hazırlayıb, amma yeni nəsil planşetdə Googledan yeni dizayn gözlənilir. Ola bilsin ki, məhz bu, təchizatçının dəyişməsinə səbəb olub. IDC-nin məlumatına görə, 3,9% bazar payına sahib Asustek şirkəti 2013-cü ildə qlobal planşet bazarında dördüncü yerdə qərarlaşıb.

Mənbə yazır ki, Asustek şirkəti Nexus planşetlərinin üçüncü nəslinə sifarişi əldə etmək üçün cəhd göstərmir, çünki şirkət indi diqqətini öz smartfon və planşetlərinə yönəltmək istəyir.

Milli.Az