Sürətlə populyarlaşan Changan-dan... - FOTO

22 Aprel 2014 21:37
Changan markası Azərbaycanda yalnız son dövrlər məşhurlaşmağa başlasa da öz vətənndə o fantastik artım tempinə görə bazarın lideridir. İndiyədək dövlət şirkəti əsasən Mazda, Suzuki və Ford avtomobillərinin müqavilə əsasında yığılmasından qazanıb və bundan sonra bu qazancın bir hissəsi...

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Kris Benqlin əmək haqqının ödənilməsinə xərclənəcək. Bu həmin inqilabçı-dizaynerdir ki, işləyib hazırladığı məşhur (düzdür, markanın fanatları daha aqressiv epitetlərə üstünlük verirlər) "yeddinci seriya" E65 dizaynı ilə BMW -nin bütün üslubi ənənələrini qətiyyətlə qıra bilmişdi.

Salonda təqdim edilən CS75 krossoveri Benqlinin bu şirkətə gəlişindən əvvəl hazırlanıb. İlk dəfə modeli keçən payız Frankfurtda nümayiş etdirmişdilər, indi isə satış versiyası debüt edib. Geniş təfərrüatları qeyd etmədən deyək ki, "yetmiş beşinci" model Çin üçün əsl inqilaba çevrilməlidir: orta ölçülü krossover xarici rəqiblərindən heç də pis gözə dəymir - qiyməti isə xeyli ucuzdur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.