Bu zaman uduzan tərəf isə həmişə sürücülər olur. Onlar sığorta şirkətlərindən avtomobilə dəyən zərərin çox az bir qismini ala bilirlər. Bu isə həmin şirkətlərə olan inamın azalmasına gətib çıxarır. Bir çox hallarda isə qəzalar gizlədilir, maşın sahibləri öz aralarında razılaşmağa üstünlük verirlər. Artıq bu problemlərə son qoyulacaq. İnkişaf etmiş Avropa ölkələrində olduğu kimi bizdə də ziyanın avtomatik hesablanması sistemi tətbiq ediləcək.Qəzaya uğrayan avtomobillərin sahibləri ilə sığorta şirkətləri arasında mübahisələr bəzən məhkəmələrə qədər gedib çıxır