Pekin avtosalonu 2014 başlandı - FOTOSESSİYA

21 Aprel 2014 23:35
1990-cı ildən keçirilən Auto China hazırda Çində keçirilən ən əsas avtoşoudur. Onun başqa bir adı Pekin avtosalonudur (Beijing auto show). Bu il artıq 13-cü dəfə təşkil edilən Pekin avtosalonu 21-29 aprel müddətində keçirilir.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, keçən illər ərzində avtosalonun səviyyəsi xeyli artıb. Hazırda demək olar ki, dünyanın bütün avtomobil istehsal edən şirkətləri dünyanın bu ən böyük və ən sürətlə inkişaf edən avtomobil bazarında özünə yer tapmağa çalışır. Qeyd edək ki, keçən il Çində 20 milyon minik avtomobili satılıb. Hazırda bu ölkədə 379 modelin avtomobilləri satılır. Dünyanın heç bir ölkəsinin avtomobil bazarı bu qədər rəngarəng deyil. Və təbii ki, belə güclü rəqabət də heç yerdə yoxdur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.