Səudiyyə Ərəbistanının Ali Muftisi Əbdüləziz ibn Abdulla əl əş Şeyxin sosial şəbəkələrdə geniş müzakirə edilən fətvası ilə bağlı rəsmi açıqlama verilib.
Milli.Az "Əl Qüds əl Ərəbi"yə istinadən bildirir ki, fətva ilə bağlı xəbərlərdə deyilirdi: "əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər: "Qadın öz həyat yoldaşına fədakarlıq və itaətini dərk etməlidir. Qadın hiss etməlidir ki, onların hər ikisi bir bədəndir. Əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər".
Fəqət, istinad olunan fətva Ali Müftinin rəsmi saytında yer almayıb. Üstəlik, Səudiyyə Ərəbistanın rəsmiləri belə fətvanın olmadığını və olmasının mümkünsüzlüyünü vurğulayıblar.
Milli.Az