Gəncədə pravoslavlar Pasxanı qeyd edirlər

20 Aprel 2014 16:38
Bu gün ortodoks xristian din aləmində Pasxa bayramıdır. Peyğəmbər İsa Məsihin tərəfdarları ötən gün gecə saatlarından başlayaraq bayramı qeyd etməyə başlayıblar.

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, bu bayram tolerantlıq məkanı sayılan Azərbaycanda yaşayan xristianlar tərəfindən də böyük coşğu ilə qeyd edilir. Gəncədə yaşayan pravoslavlar da kilsədə toplaşaraq bu günü özünəməxsus tərzdə qeyd edirlər. Müxtəlif dini ayinləri icra edən pravoslavlar bayramı qeyd etmək üçün kuliç, rulet, vatruşka və digər məşhur Pasxa şirniyyatı hazırlayır.

Milli.Az