Mirzə Sakit xəstəxanaya düşdü, dostlarına səsləndi - FOTO
20 Aprel 2014 14:45
Belçikanın Gent şəhərində mühacir həyatı yaşayan satirik şair Mirzə Sakit dünən ürəyindəki kəskin ağrılar səbəbindən xəstəxanaya yerləşdirilib.
Modern.az-ın məlumatına görə, Mirzə Sakit bu gün Facebook-da onunla maraqlananalara təşəkkürü paylaşıb.
"Sayğılı dostlarım!
Dünən səhhətimdə yaranan ötəri problemlərə görə mənə sayğı və ehtiram göstərən bütün dostlara minnətdarlığımı bildirirəm.
Qeyd edim ki, bu gün mənə Norveçdən, İsveçdən, Almaniyadan, Hollandiyadan, Avstriyadan, Fransadan, Türkiyədən, Rusiyadan, Azərbaycandan, Gürcüstandan və başqa ölkələrdən çoxsaylı dostlar zənglər edib səhhətimlə maraqlandırlar.
Bundan başqa, sosial şəbəkədə, o cümləden saytlarda, qəzetlərdə mənim səhhətim haqqında gedən yazılara görə və zəng edən bütün dostlara dərin təşəkkürümü bildirirəm!
Sağ olun ki, varsınız, əziz dostlarım!"
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.