Alpina-dan yeni Coupe - FOTO

20 Aprel 2014 20:44
Alpina Nyu-York ictimaiyyətinə yeni B6 xDrive Gran Coupe nümayiş etdirib. Milli.Az 4charx.com-a istinadən bildirir ki, yaraşıqlı xarici görünüşə və yüksək məhsuldarlığa heyran olmamaq mümkün deyil, amma çatışmazlıqlardan da qaçmaq mümkün olmayıb.

Başlayaq yaxşılardan: bu kateqoriyaya birinci növbədə yeni aerodinamik asqı və 21 düymlük təkərlər aiddir.

Yeni dəri üzləmə, təbii ağacdan dekorativ bəzəklər və Alpina yazılı kandarlar əldə edən salon heç də bundan az yaraşıqlı deyil.

Daha maraqlı odur ki, yeni Alpina elə həmin 4,4 litrlik V8 turbo mühərriklə əvvəlki 445 a.g. və 650 Nm fırlanma anı deyil, 540 a.g. və 731 Nm fırlanma anı ilə təmin edilib. Nəticədə В6 Gran Coupe yerindən 96 km/saat sürətlənməni 3,7 saniyədə yerinə yetirir. Maksimal sürət isə 319 km/saat təşkil edir. Müqayisə üçün standart modelin müvafiq göstəriciləri belədir: 4,3 saniyə və 250 km/saat.

Avtomobilin yaxşı cəhətləri burada bitir. Qalır çatışmazlıqlar, daha doğrusu, bir çatışmazlıq ki, bu da qiymətdən ibarətdir. ABŞ-da yeni model yazın sonlarında 118 225 dollara satışa çıxarılacaq.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.