Dəhşət: ata 6 aylıq körpəsini boğdu

19 Aprel 2014 18:15

Florida ştatında dəhşətli cinayət baş verib

ABŞ-ın Florida ştatında ata körpə oğlunu boğub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, 24 yaşlı Kodi Viqant 6 aylıq oğlunu öldürüb. Belə ki, işdən evə gələn Kodi Viqant yorğun halda televizora baxırmış. Bu zaman onun 6 aylıq oğlu ağlayıb. Körpənin çığırtısı Kodi Viqanta mane olub. O, nə qədər körpəni sakitləşdirmək istəsə də, alınmayıb.

Bu zaman Kodi Viqant əsəblərini cilovlaya bilməyib və onu boğub. İlk öncə cinayətini gizlətmək istəsə də, onun bu əməlinin üstü açılıb.

"İnanmaq çətindir ki, ata öz doğma körpəsini boğa", - deyə hüquq-mühafizə orqanları bildirib.

Milli.Az