Əhməd Davudoğlunu Abu Dabi hava limanında iki saat ləngidənlər işdən çıxarıldı

11 Noyabr 2010 18:22
Milli.Az xəbər portalı Türkiyənin "Anadolu" agentliyinə istinadən xəbər verir ki, BƏƏ-nin Daxili İşlər Nazirliyi Türkiyə nümayəndə heyətini Abu Dabi hava limanında iki saat ləngidənləri cəzalandırıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Əhməd Davuodoğlunun BƏƏ-yə səfəri zamanı insident yaranmışdı. Hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları türkiyəli nazirin cangüdənlərinə məxsus silah və radiotelefonları buraxmaq istəməmişdi və Türkiyə nümayəndə heyəti iki saat hava limanında qalmışdı. Hadisədən sonra BƏƏ-nin xarici işlər və daxili işlər nazirləri Əhməd Davudoğluna üzr istəmişdilər.

Milli.Az

Uyğun link:

Əhməd Davudoğlu Abu Dabidə insidentlə üzləşdi