Masazırda ev partladı, yaralı var - YENİLƏNİB

9 Aprel 2015 21:57
Abşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib.

APA-nın məlumatına görə, Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Partlayışdan sonra yanğın qeydə alınmayıb.

Məlumata görə, partlayış nəticəsində Elxan Aslanovun yoldaşı 1987-ci il təvəllüdlü Leyla Abış qızı Aslanova xəsarət alıb. O təcili tibbi yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan Leyla Aslanovanın vəziyyətinin orta stabil olduğu bildirilib.

-----------
21:31


Abşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, fərdi yaşayış evində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar əlavə məlumat veriləcək.
 

Milli.Az