Mühafizəkar Acura TLX - FOTOSESSİYA

19 Aprel 2014 20:38
Nyu-York motorşousunda Acura şirkəti TLX idman sedanı təqdim edilib. Seriya modeli ilin əvvəlində göstərilmiş prototipə nisbətən bir qədər mühafizəkar üslubda gözə dəyir. Ümumilikdə isə hər iki maşın həm xaricdən, həm də texnii cəhətdən çox oxşardır.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, müəlliflərinin fikrincə Acura TLX idmançı və premial üslubu birləşdirəcək. Dördqapılı sedan tinli radiator barmaqlığı, Jewel Eye işıq diod optikası və 7 düym çoxfunksiyalı displeylə dəbdəbəli salon əldə edib. Opsiya siyahısında qabaq kürsülərin qızdırılması və havalanması , GPS naviqasiya və on səsgücləndiricili audiosistem yer alıb.

Avtomobil 206 a.g. hasil edən dörd silindrli 2,4 litrlik və 290 a.g. hasil edən 3,5 litrlik V6 mühərrikləri ilə təchiz ediləcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.