5 milyon Xbox One

19 Aprel 2014 19:57
Sony şirkətinin 7 milyondan çox Playstation 4 satması xəbərindən dərhal sonra Microsoft şirkətinin paylaşdığı məlumata görə Xbox One oyun konsolunun satış həcmi 5 milyonu ötüb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, xatırladaq ki, 2014-cü ilin yanvarında Microsoft korporasiyası 3 milyon Xbox One konsolu satdığını bildirmişdi. Xbox One oyun konsolunun satışlarına ötən il noyabrın sonunda başlanılıb.

O zaman ABŞ, Böyük Britaniya və Avstraliya daxil olmaqla 13 ölkədə satışlara start verilib.

Milli.Az