Məşhur həmkarı Röyanın məclisindən sonra "tusovka"dan imtina etdi
11 Noyabr 2010 13:08
Müğənni Nadir Qafarzadə şou nümayəndələrinin toplandığı məkanlarda iştirakdan imtina edib. O, Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, artıq mümkün qədər "tusovkalardan" (şou-biznes mühitini nəzərdə tutur - red.) kənar gəzməyə söz verib. Müğənninin dediyinə görə, bu qərarı verməyə onu vadar edən səbəblər bəzi həmkarlarının ikiüzlü davranmasıdır:
"İnsanları tanımaq olmur. Üzdə səninlə mehriban, səmimi danışır, amma arxanca söz qoşub, ağız büzməyə başlayırlar. Mən qeyri-səmimiliyi, ikiüzlülüyü sevmirəm. İnsan olduğu kimi görünməyi bacarmalıdır. Ona görə də, şou məkanlarda iştirakdan imtina etmişəm".
Müğənni bildirdi ki, sonuncu iştirak etdiyi məclis müğənni Röyanın oğlunun kiçik toy mərasimi olub. Həmin mərasimdən sonra Nadir Qafarzadə bütün təkliflərdən imtina edib.
Xədicə
Milli.Az