Milli.Az ICTnews-a istinadən bildirir ki, XP platforması istifadəçilərinin 15%-i yaranmış vəziyyətdən çıxış yolunu müasir əməliyyat sisteminə keçiddə görür. Respondentlərin bəziləri yeni kompüter satın alınmasına sərmayə yatırmağa hazırdır. Rəyi soruşulanların böyük əksəriyyəti bildirib ki, Avast antivirus şirkəti Windows XP sisteminin dəstəyini təmin edənədək bu platformadan istifadəyə davam edəcəklər.
Xatırladaq ki, aprelin 8-dən etibarən Microsoft korporasiyası Windows XP sisteminin dəstəyini dayandırıb.
Milli.Az