Dibçək gülləri evə xüsusi yaraşıq verir, havanı təmiz saxlayır, bir sira toksik maddələri məhv edir. Lakin ilk baxışdan zərərsiz görünən dibçək güllərinin təhlükəli olanları da var. Bu haqda məlumatı olmayan adam güllərə qulluq edən zaman təsadüfən zəhərlənə bilər. Mütəxəssislər bildirir ki, bəzi güllərin şirəsi dəridə yanıqlara, hətta ölümə də səbəb olur.Təhlükəli güllər barədə nə bilirsiniz?