Allergiya, qrip və soyuqdəymə ilə bağlı xəstəxanalara müraciət edənlərin sayı artıb - VİDEO

15 Aprel 2014 15:55

15:55

Mövsüm dəyişikliyi mövsümi xəstəlikləri də özü ilə gətirir. Yaz mövsümü zamanı insan orqanizmində maddələr mübadiləsi sürətləndiyindən müxtəlif xəstəliklər də baş qaldırır. Milli.Az El TV-yə istinadən xəbər verir ki, həkim-terapevt Natiq Yusifbəyli deyir ki, havaların kəskin dəyişməsi ilə əlaqədar olaraq bu mövsümdə xəstəxanaya müraciət edənlərin sayı artır.

Daha çox allergiya, qrip və soyuqdəymə ilə bağlı müraciətlər daxil olur. Həkim bildirir ki, qripli xəstələr yataq rejiminə və qida prosuduruna diqqət yetirməlidirlər, gün ərzində mayeni daha çox qəbul etməli və mövsümə uyğun geyinməlidirlər.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.