Azərbaycanda polkovnik işdən uzaqlaşdırıldı - RƏSMİ AÇIQLAMA

15 Aprel 2014 16:20
Müdafiə Nazirliyi qurumun Hərbi Polis İdarəsinin keçmiş rəisi Rövşən Məhərrəmovun ordu sıralarından təxris olunması ilə bağlı xəbərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən aznews.az-a bildirilib ki, Rövşən Məhərrəmov ordu sıralarından təxris olunaraq təqaüdə göndərilib.

Qeyd olunub ki, R.Məhərrəmov təqaüdə göndərilməsi onun səhhəti ilə bağlı olub: "Zabit 6 yanvar 2014-cü ildə ordu sıralarından xəstəliyə görə ehtiyata buraxılıb".

Milli.Az