Beynəlxalq araşdırmalar institutu Azərbaycanın hərbi xərclərindən yazıb

15 Aprel 2014 14:52

2013-cü ildə Azərbaycanın hərbi xərcləri 3 milyard 440 milyon dollar təşkil edib

Trend-in məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) 2013-cü il üçün dünya üzrə hərbi xərclərə dair hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, 2004-cü ildən bəri bu göstərici 493 faiz artıb.

Məlumatda qeyd olunub ki, 2004-2013-cü illər ərzində ölkənin ümumi daxili məhsulunun artımı 186 faiz təşkil edib.

Ermənistanın hərbi xərcləri ötən il 4 milyon 27 min dollar, Gürcüstanın hərbi xərcləri isə 4 milyon 43 min dollar təşkil edib.

Rusiyaya gəldikdə, ölkənin hərbi xərcləri ötən il 87 milyard 836 milyon dollar təşkil edib.

Ötən il dünya üzrə hərbi xərclər 1,75 trilyon dollar təşkil edib ki, bu da 2012-ci ilin göstəricisindən 1,9 faiz azdır.

Milli.Az