Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb
15 Aprel 2014 13:54
Çərşənbə axşamına keçən gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb. Bu barədə Ali Radanın spikeri, Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov parlamentdə çıxışı zamanı deyib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks-Ukrayna" xəbər yayıb.
Turçinov bildirib: "Ötən gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatı başlayıb. Lakin əməliyyat mərhələli, məsuliyyətli, ölçülüb-biçilmiş şəkildə aparılacaq. Bu əməliyyatların məqsədi, bir daha qeyd edirəm, Ukrayna vətəndaşlarını müdafiə etməkdir".
Milli.Az