Amazon şirkətinin ABŞ Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasına göndərdiyi sənədlərə əsasən Bloomberg agentliyi xəbər verir ki, şirkət səhmlərinin 18%-nə sahib Bezos növbəti dəfə ona heç bir əlavə məbləğ ödənilməməsini xahiş edib. Direktor heç vaxt səhmlər üzrə mükafat, həmçinin yüksək mükafat almayıb.
Bununla belə, 50 yaşlı Bezos planetin ən zəngin insanlarının siyahısında 20-ci yerdə qərarlaşıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Bloomberg Billionaires Index reytinqinin məlumatına görə, onun varidatı 30,3 milyard dollar məbləğində qiymətləndirilir. Texnologiya şirkətlərinin bir çox rəhbərləri (məsələn, Google və Facebook şirkətlərinin rəhbərləri Larri Peyc və Mark Zukerberq) 1 dollar məbləğində simvolik maaş alırlar.
Milli.Az