Facebook banka çevrilir

15 Aprel 2014 17:19
Facebook şirkəti tezliklə şəxsi elektron pul sistemini istifadəyə verəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki,The Financial Times qəzeti yazır ki, sosial şəbəkə cəmi bir neçə həftədən sonra İrlandiyada yerləşən dövlət maliyyə tənzimləyici orqanından sözügedən xidmətin işə salınmasına razılıq alacaq. Xidmət istifadəçilərə öz pullarını Facebookda saxlamağa və başqa şəxslərə göndərməyə icazə verəcək.

Tənzimləyici orqan tərəfindən razılıq verildiyi halda, Facebook öz elektron valyutasını buraxacaq və o, bütün Avropada tanınacaq.

Milli.Az