"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Luka Modriç yeni mövsümdə də komandada qalacaq.
Milli.Az xəbər verir ki, qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə klubun baş məşqçisi Karlo Ançelotti açıqlamasında deyib.
İtaliyalı mütəxəssis komandasının xorvatiyalı futbolçuya ehtiyacı olduğunu və Modriçin yeni mövsümdə də "Real"da qalacağını bildirib.
Qeyd edək ki, Modriçlə İngiltərənin "Çelsi" klubu yaxından maraqlanır. Milli.Az