Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun nəzarət zonasını keçən Türkiyə Respublikasının vətəndaşı Kirazlı Amil Hasana məxsus əl çantası "Rapiscan 628" markalı X-Ray aparatından keçirilən zaman monitorda pul əskinaslarının təsvirləri görünüb.Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə vətəndaşının çantasından və köynəyindən xeyli miqdarda pul çıxıb