TQDK abituriyentlərə müraciət etdi

15 Aprel 2014 10:36
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərə müsabiqədənkənar qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Trend TQDK-nın saytına istinadən bildirir ki, "Təhsil haqqında" qanuna əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bununla bağlı bu kateqoriyadan olan abituriyentlər tələb olunan sənədləri aprelin 30-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına və ya TQDK-nın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki, Göyçay, Şirvan, Ağcabədi) təqdim etməlidirlər.

Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı bunlardır:

1. Fizika, kimya, biologiya, riyaziyyat, informatika fənləri üzrə dünya olimpiadaları.
2. Olimpiya oyunları və olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Dünya və Avropa çempionatı və birincilikləri.
3. Beynəlxalq muğam ifaçılarının müsabiqəsi (Bakı, Azərbaycan).
4. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi (Bakı, Azərbaycan).
5. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Tbilisi, Gürcüstan).
6. Şopenin yaradıcılığına həsr edilmiş Baltikyanı ölkələrin gənc pianoçularının beynəlxalq müsabiqəsi (Narva, Estoniya).
7. "Bravo" beynəlxalq gənc skripkaçılar müsabiqəsi (Namür, Belçika).
8. Gənc pianoçuların "Stupen k masterstvu" beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).
9. Gənc pianoçular, skripkaçılar və violonçelçilərin beynəlxalq müsabiqəsi (Tallinn, Estoniya).
10. Gənc trubaçıların beynəlxalq müsabiqəsi (Stara Zaqora, Bolqarıstan).
11. Gənc musiqiçilərin Solhi Al Vadi adına beynəlxalq müsabiqəsi (Dəməşq, Suriya).
12. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi (Roqec, Xorvatiya).
13. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
14. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi (Sankt-Peterburq, Rusiya).
15. Caz musiqi festivalı (Montre, İsveçrə).
16. Gənc pianoçuların beynəlxalq müsabiqəsi (Almatı, Qazaxıstan).
17. "Şabıt" Yaradıcı gənclərin beynəlxalq müsabiqəsi (Astana, Qazaxıstan).
18. Balet artistləri və xoreoqrafların beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
19. "Eurovision" estrada mahnı müsabiqəsi.
20. Gənc pianoçuların K.N.İqumnov adına beynəlxalq müsabiqəsi (Lipetsk, Rusiya).
21. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi (Moskva, Rusiya).
22. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi (Budapeşt, Macarıstan).
23. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi (Varşava, Polşa).
24. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi (Poznan, Polşa).
25. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi (Vyana, Avstriya).
26. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi (Helsinki, Finlandiya).
27. Skripkaçıların "Premio Paqanini" adına beynəlxalq müsabiqəsi (Genuya, İtaliya).
28. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi (Bied, Sloveniya).
29. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi (Belçika).
30. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi (Klivlend, ABŞ).

Milli.Az