Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayıb
---------
15:47
Bu gün 2014-cü ilin ilk Ay tutulması baş verib. Milli.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, ilk Ay tutulmasını Azərbaycanda müşahidə etmək mümkün olmayıb.
X.Mikayılov qeyd edib ki, bu proses 3 saat 35 dəqiqə davam edib: "Bakı vaxtı ilə saat 10:58-də başlayan Ay tutulması saat 14:33-də başa çatıb. Tutulma Avstraliyada, Sakit okeanda və Amerikada müşahidə olunub. Rusiyanın Vladivostok ərazisində yaşayanlar da Ay tutulmasının bir hissəsini müşahidə edə biliblər".
Rəsədxana rəsmisi qeyd edib ki, Ay tutulması Bakı vaxtı ilə gündüz saatlarında baş verib və Ay bizim üçün üfüqdən aşağıda olub. Aşağıda olan obyekti görməyin mümkün olmadığını deyən X.Mikayılovun sözlərinə görə, Avstraliyada, Sakit okeanda və Amerikada bu vaxt Ay doğmuş obyekt olub və oralarda yaşayan insanlar bunu müşahidə edə biliblər.
Qeyd edək ki, aprelin 29-da isə bu ilin ilk Günəş tutulması qeydə alınacaq. Həlqəvari Günəş tutulması adlanan hadisə Avstraliya, Hind okeanı və Antarktikada müşahidə olunacaq. İlk Günəş tutulması Bakı vaxtı ilə saat 8:54-də başlayacaq, saat 13:14-də başa çatacaq.
Bu ilin oktyabr ayında isə ikinci Ay və Günəş tutulmaları baş verəcək. Ay tutulması oktyabrın 8-də olacaq, 3 saat 29 dəqiqə davam edəcək. Asiya, Avstraliya, Sakit okean və Amerikada müşahidə ediləcək Ay tutulması saat 14:15-də başlayacaq və saat 17:34-də başa çatacaq.
Günəş tutulması isə oktyabrın 24-də qeydə alınacaq. Oktyabrın 24-də Bakı vaxtı ilə saat 00:40-da başlayacaq ikinci Günəş tutulması saat 04:52-də başa çatacaq. Bu tutulma hadisəsi Şimali Amerika və Rusiyanın 10-a yaxın ərazilərində müşahidə ediləcək.
Milli.Az Space.com-a istinadən bildirir ki, ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) ekspertlərinin dediklərinə görə, Ayın "qana boyanması"nın səbəbi onun Yerin kölgəsinə daxil olmasıdır. Bu zaman Günəş şüaları Ayı işıqlandırmağa davam etdiyindən Yerin təbii peyki al-qırmızı rəngdə görünəcək.
Planetimizin atmosferi spektrin qırmızı-narıncı şüaları üçün daha şəffaf olduğundan məhz belə şüalar tutulma zamanı Ay səthinə daha çox çatıblar. Ay diskini də bu proses qırmızılaşdırıb.
Növbəti tam ay tutulmaları gələn ilin oktyabrın 8-i, aprelin 4-ü və sentyabrın 28-də olacaq.
NASA mütəxəssislərinin dediklərinə görə, 4 tam Ay tutulmasından ibarət seriya və ya "tetrada" həddən artıq nadir olaydır. İl ərzində adətən 2 dəfə Ay tutulması olur və əksər hallarda onlar heç hiss də olunmur.
Ay tutulması zamanı Yerin təbii peykinin sol tərəfi sağ tərəflə müqayisədə daha tünd olacaq.
Ayın tam tutulmasının maksimal fazası Bakı vaxtı ilə 12.47-də başlanacaq, 13.25-dək davam edəcək.
Həkimlər bildirirlər ki, bu zamanda fiziki və mental fəallıq minimum səviyyədə olmamılıdr.
Milli.Az
---------
13:12
Videonu izləmək üçün şəkillərə klikləyin.
----------
09:50