Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəhreynli nazir səfiri yeni təyinatı münasibəti ilə təbrik edərək, Azərbaycan və Bəhreyn arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını xüsusi vurğulayıb. O, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirib.
Öz növbəsində, R.Rzayev Azərbaycan xarici işlər nazirinin salamlarını qarşı tərəfə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin, işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüş haqqında məlumatlar Bəhreyn Xarici İşlər Nazirliyinin internet səhifəsində, "Bəhreyn Xəbər Agentliyi" və "Gulf Daily News" qəzetində dərc olunub.
Milli.Az