ABŞ-ın Los-Anceles şəhərində "MTV Movie Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.
Qaliblərin internetdəki sorğu əsasında müəyyənləşdirildiyi mərasimin aparıcısı məşhur amerikalı komik Konan O-Brayen idi.
Milli.AZ MTV-yə istinadən bildirir ki, "Nokia Theatre"də təşkil edilmiş mərasimdə "Ac oyunlar: qoy alov şölələnsin" (The Hunger Games: Catching Fire) filmin "Ən yaxşı film" sayılıb.
Bu filmdə baş rolları oynayan Coş Hatçerson "Ən yaxşı aktyor", Cennifer Lourens isə "Ən yaxşı aktrisa" seçiliblər.
"Ən yaxşı debütant" mükafatı Uill Poulterə "Biz Millerlərik" (We Are The Millers) komediyasındakı roluna görə verilib.
"Oz: böyük və qorxunc" (Oz: The Great and Powerful) filminin ulduzu Mila Kunis "İlin ən pis qəddarı" seçilib.
"İlin maykasız aktyoru" nominasiyasında "Bu naqolay an" (That Awkward Moment) filmindəki roluna görə Zak Efron seçilib.
Çenninq Teytum "MTV Trailblazer Award", Mark Uolberq isə "Nəsillər mükafatı"nı alıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.