Jeep-dən Cherokee Dakar və Cherokee Adventure - FOTOSESSİYA

13 Aprel 2014 17:16
Milli.Az 4charx.com-a istinadən bildirir ki, aprelin 12-də açılacaq Easter Jeep Safari sərgisi üçün Jeep şirkəti yeni nəsil Cherokee yolsuzluq avtomobili bazasında daha iki konsept hazırlayıb. Daha aqressiv Cherokee Dakar hər şeydən əvvəl yolsuzluq şəraiti üçün nəzərdə tutulduğu halda Cherokee Adventure prototipi daha çox dəbli görünür və həmçinin şəhər mühiti üçün də münasib görünür. Avtomobilləri fərdiləşdirməyə Mopar şirkəti sayəsində mümkün olan opsional avadanlıq imkan verib.

İstehsalçıların bildirdiyinə görə Jeep Cherokee Dakar versiyası Amerika brendi tərəfindən indiyədək hazırlanmış ən ekstremal yolsuzluq avtomobillərindən biridir.

Jeep Cherokee Adventurer adlı ikinci konsept sarı rənglə rənglənmişdir və ona rənglənməmiş plastik asma elementləri ilə birlikdə çoxlu miqdarda qara atlas aksentlər vurulub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.