Qvardiola Ronaldudan danışdı: "İnanmıram..."

12 Aprel 2014 13:14

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında qarşılacaqları "Real" haqda danışıb

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, püşkü dəyərləndirən təcrübəli mütəxəssis Madrid klubu ilə oyunların çətin keçəcəyini deyib.

Bildirib ki, rəqibi matçdan əvvəl çox yaxşı təhlil edəcəklər:

""Real"ın "Borussiya" ilə oynadığı matçları izləmişik. İspaniya Kubokunda da Madrid klubunun oyununa baxdıqdan sonra rəqibi təhlil edəcəyik. "Real" və "Borussiya" ən yaxşı əks-hücumlar edən komandalardır".

Qvardiola onu da qeyd edib ki, Ronaldunun "Santyaqo Bernabeu" stadionunda baş tutacaq görüşdə iştirak etməyəcəyi açıqlansa da, o, buna inanmır:

"Biz Ronaldu oynayacaqmış kimi hazırlaşacağıq. Onun bu matçda komandasına kömək edəcəyinə inanıram".

Milli.Az