Apple Insider bloqu yazır ki, baş mühəndis Pol Çanq Broadcom şirkətində 11 illik iş fəaliyyətindən sonra Apple şirkətinə keçərək layihənin baş meneceri vəzifəsində işləməyə başlayıb.
Milli.Az ICTnews-ə istinadən bildirir ki, Çanq Broadcom şirkətində Nokia və Samsung-un mobil qurğularında tətbiq edilən radioötürücülərin hazırlanması ilə məşğul olub.
Broadcomun digər əməkdaşı Sipin Vanq cari ilin yanvarında Apple şirkətinə keçib.
Adı çəkilən bloq hesablayıb ki, Apple son üç ildə Broadcom və Qualcomm şirkətlərindən ən azı 30 mühəndis oğurlayıb. Bununla belə, Apple şirkətində radiomodul sahəsi ilə bağlı təxminən 50 vakansiya mövcuddur.
Milli.Az