"Yaxşı, məhsuldar və taqətdən düşənə qədər işləmək - bu sözlər heç də sinonim deyil. İnsanlar ofisdə, müəssisədə, şaxtanın dərinliklərində və ya yanğınsöndürmə idarəsində növbədə çalışan işçilərə bənzəməməlidirlər". Rusiyanın Gündəlik Yuxu və Əməkçilərin İstirahəti Assosiasiyası bu fikirlərlə sübut etməyə çalışır ki, iş qabiliyyətini qorumağın ən yaxşı üsullarından biri yorulmamışdan əvvəl bir az istirahət etməkdir. Nəzərə alsaq ki, bizdə ən yaxşı istirahət həmişə möhkəm yuxu sayılıb, onda assosiasiyanın irəli sürdüyü təşəbbüsə birmənalı yanaşmamaq olmur. Belə ki, assosiasiya Rusiyanın Əmək Məcəlləsinə işçilərin hüququ haqqında dəyişiklik edilməsi - işçilərin nahar yeməyindən sonra qısa müddətli gündüz yuxusu ilə bağlı təşəbbüslə çıxış edib.İnsanlara iş yerində yuxu fasiləsinin verilməsi ideyası getdikcə populyarlaşmaqdadır