Azərbaycanda sınaq imtahanlarının nəticələri açıqlandı

10 Aprel 2014 15:10

Aprelin 6-da keçirilən sınaq imtahanının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, imtahan nəticələrini öyrənmək üçün abituriyentlər iş nömrələrini 7727 nömrəsinə göndərə və ya nəticələrə TQDK-nın internet saytına daxil olaraq baxa bilərlər.

Komissiyadan Trend-ə verilən məlumata görə,Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanından 10 abituriyenti xaric edib.

Sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb.


Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.


Milli.Az