"Socar Turkey LNG" Türkiyədə maye qazın alqı-satqısı üzrə lisenziya alıb

10 Aprel 2014 12:43
"Socar Turkey LNG" şirkəti Türkiyə ərazisində maye qazın alqı-satqısı, eləcə də maye qazın idxalı və təbii qazın ixracı üzrə lisenziya alıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Enerji Bazarının Tənzimlənməsi Qurumunun (EPDK) dərc etdirdiyi xəbərdə deyilir.

Məlumata görə, lisenziya 30 illik müddətə verilib.

Milli.Az