Windows XP hələ ölməyib

10 Aprel 2014 17:11
Microsoft şirkəti Windows XP dəstəyini dayandırıb, lakin 2001-ci ildə buraxılmış əməliyyat sistemi indiyədək kompüterlərin 28%-də istifadə olunur.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Statista analitik agentliyinin son statistik məlumatlarına əsasən, dünyada təxminən 300 milyon kompüter indiyədək Windows XP platformasından istifadə edir. Agentlikdən bildirilib ki, hər 10 kompüterdən 3-ü əvvəlki kimi köhnəlmiş əməliyyat sistemi ilə işləyir.

Windows XP sisteminin təhlükəsizliyini möhkəmləndirən təhlükəsizlik yeniləmələrinin buraxılmayacağına baxmayaraq, istifadəçilərin əksəriyyəti müasir əməliyyat sistemlərinə keçmək istəmirlər. Yeniləmənin yüksək qiyməti əməliyyat sisteminin yeni versiyalarından imtinaya əsas səbəb kimi göstərilir.

Milli.Az