Şirkət rüşvət verdiyini etiraf edib və 108 milyon dollar dəyərində cərimə ödəyəcək
Dünyada məşhur olan ABŞ-ın HP (Hewlett-Packard) şirkətinin adı rüşvət qalmaqalında hallanıb.
Anspress-in məlumatına görə, ABŞ şirkəti Rusiya, Meksika və Polşaya rüşvət verməkdə ittiham olunur.
Şirkət etiraf edir ki, qanunları pozaraq xarici dövlətlərə rüşvət verib və buna görə də 108 milyon dollar məbləğində cərimə ödəməyə razılaşıb. Bu barədə dünən Federal Təhqiqatlar Bürosu və birja və qiymətli kağızlar üzrə Federal Komissiya məlumat verib.
Həmin gün də Kaliforniyanın şimal ərazisinin federal məhkəməsində HP şirkəti haqqında cinayət işi qaldırılıb.
HP Rusiya məmurlarına kompüter təchizatı üzrə və Rusiya baş prokurorluğunu başqa avadanlıqlarla təchiz etmək üçün böyük bir müqavilənin bağlanması üçün rüşvət verdiyini boynuna alıb.
Hakim orqanların məlumatına görə, Rusiyaya verilən rüşvətin məbləği 2 milyonu, Meksikaya verilən rüşvət 1 milyonu və Polşaya verilən rüşvət isə 600 min dolları keçib. Milli.Az