Xızıda Yeni Yaşma külək stansiyası - VİDEO

9 Aprel 2014 19:02

Dünya siyasi arenasıda cərəyan edən bir sıra proseslərin əsas səbəblərindən biri enerji ehtiyatları və təbii resuslardır.

Alternativ enerji mənbələri sırasında külək və günəş enerjisindən istifadə daha geniş yayılıb. Ekoloji təmizliyi və sərfiyyatsız fəaliyyəti onları əvəzedilməz enerji mənbəyinə çevirir.

Hündürlüyü 100 metr olan bu qurğuların motoru bir yük avtomobili ölçüsündədir. Pərlərinin uzunluğu isə 50 metrə yaxındır. Küləkli hava şəraitində pərlər fırlanır və elektrik enerjisi hasil olunur.
 

Xızı rayonu ərazisində quraşdırılan bu hava qurğuları Almaniyadan gətirilib. Müasir texnoloji avadanlıqlarla təchiz edilən bu turbinlər küləyin istiqamətini müəyyən edir və külək əsən istiqamətdə 360 dərəcə bucaq altında fırlanır. Bu qurğuların işləməsi üçün ərazinin relyefi də münasib olmalıdır. Xızı rayonunun dəniz sahilinə yaxın olan bu əraziləri ilin əksər vaxtlarında küləkli olur. Ərazidə daha 80 hava turbininin inşa edilməsi nəzərdə tutulub.

Qurğular enerji istehsalı üçün tam hazır olsa da, hələ ki, istifadəyə verilməyib. Hazırda turbinlərin pərlərinin fırlanmaması üçün sistemləri bloklaşdırılıb. Amma son tamamlama işləri aparıldıqdan sonra stansiyanın açılışı olacaq və qiyməti milyonlarla manat civarında ölçülən bu stansiya fəaliyyətə başlayacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.