Azərbaycanda daha bir institut direktoru işdən çıxarıldı

9 Aprel 2014 18:08

Bu haqda qərar Rəyasət Heyətinin iclasında təsdiq olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Məhərrəm Babayev tutduğu vəzifədən azad edilib.

AMEA-nın mətbuat xidmətindən anspress-ə verilən xəbərə görə, bu haqda qərar Rəyasət Heyətinin iclasında təsdiq olunub.

M.Babayev vəzifəsindən öz xahişi ilə azad olunub. Digər bir qərarla institutun direktoru vəzifəsini aqrar elmlər üzrə fəlsəfə doktoru Əmirah Məmmədov icra edəcək.

Milli.Az