Harun Yahyanın əlləri artıq Bakıya uzanır - VİDEO - FOTO

9 Aprel 2014 18:39

 Azərbaycanda Harun Yəhya kimi tanınan türkiyəli tanınmış din alimi Adnan Oktar ölkəmizdə telekanal açır

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, telekanalı açan şəxslər Adnan Oktarın fikirlərini, əqidəsini bəyənənlər və sevənlərdir.

Yeni telekanal Adnan Oktarın Türkiyədəki A9 telekanalının Azərbaycan versiyası olacaq. A9AZ adlı telekanalın artıq bütün texniki avadanlığı Bakıya gətirilib və hələlik test yayımları (http://a9az.tv/) aparılır. Telekanal yalnız internet üzərindən yayımlanacaq.

Hazırda test yayımda olan A9AZ internet televiziyasında Türkiyədəki A9 kanalında olduğu kimi yalnız elmi-dini proqramlar yayımlanır. Artıq telekanal yayıma hazır vəziyyətdədir.

A9AZ internet telekanalında yayımlanan proqramlardan biri haqda maraqlı məlumat üzə çıxıb.

Məlumata görə, verilişdə yayımlanan verilişlərdən birinin aparıcısı Aysel Canan Vəlizadə adlı xanım olacaq. Bu xanım həm də Gənclərin Mənəvi İnkişafı İctimai Birliyinin sədr müavinidir. Artıq verilişin bir neçə buraxılışı çəkilib.

Qeyd edək ki, Azərbaycanda da Adnan Oktarın fikirlərini, əqidəsini bəyənən kifayət qədər insan var. Bunlardan çoxu qızlardır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkillərə klikləyin.