Tanış olun: 77 yaşı var, amma... - VİDEO - FOTO

9 Aprel 2014 19:07

O, bodibildinqlə məşğul olur və hər səhər 16 km məsfəni qaçaraq qət edir.

Yaşıdları ilə müqayisədə o, az qala pəhləvan təsiri bağışlayır.

Bu xanım dünyanın ən yaşlı bodibilderlərindən biri, 77 yaşlı Ernestin Şeperddir.

Milli.Az ABC-yə istinadən bildirir ki, 56 yaşına qədər Ernestin adi həyat sürürdü.
 

"Günlərin birində bacımla şəhər kənarına, çimərliyə yollandıq. Orada vücudumu görəndə sanki tanımadım. Dəhşətə gəldim. Elə həmin gün bodibildinqlə məşğul olmaq qərarına gəldim", - ABŞ-ın Merilend ştatında, Baltimor şəhərinin yaxınlığındakı Rendeltoun şəhərciyində yaşayan Ernestin Şeperd deyir.

Bacısı Velvet 1992-ci ildə beyin anevrizmindən öləndə ağır depressiyaya düşən, qan təzyiqi artan Ernestin məşqləri atmışdı. Amma ailəsinin təkidi ilə o, sonradan məşqləri davam etdirdi.
 

İndi 77 yaşlı qadın yaşıdlarına xas olan xəstəliklərdən, o cümlədən orqanizmdəki turşulu reflyuks və yüksək xolesterin səviyyəsi kimi problemlərdən uzaqdır.
 

Hər axşam saat 9-da yatan Ernestin Şeperd gecə saat 02:30-da yuxudan ayılır, qayğanaq hazırlayıb yeyir. Bir saat sonra o, evdən çıxır və 16 km məsafəni qaçır. Ernestini bu zaman əri velosipeddə müşayiət edir.
 

Səhər saat 8-də isə Ernestin trenajor zalına yollanır, təxminən 2 saat şövqlə məşq edir.

Ernestinin 50 il əvvəl ərə getdiyi həyat yoldaşı, 83 yaşlı Kollin xanımının səylərini tam dəstəkləyir.
 

Ernestin Şeperdin adı 2010-cu ilin martında "dünyanın ən yaşlı bodibilder qadını" kimi "Ginnesin Rekordlar Kitabı"na düşmüşdü.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 



Videonu izləmək üçün şəklə klikləyin.