Türkəçarə dəhşəti: balzam gicgahını deşdi - FOTO

9 Aprel 2014 19:28

Dəri xərçəngi xəstəsi olan şəxs gicgahındakı bədxassəsili şişi müalicə etmək üçün "qara balzam" adlanan mazdan istifadə edib.

55 yaşlı avstraliyalı 4 ay bu mazdan "yararlanandan" sonra anlayıb ki, türkəçarə metod heç bir effekt vermir.
 

Əksinə, onun gicgahında dəlik yaranmışdı.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ və Avstraliyada dərman preparatı qismində istifadəsi yasaqlanmış "qara balzam"ı 55 yaşlı pasiyentə "məsləhət görmüş" türkəçarəçini polis arayır.
 

Avstraliyanın Brisben şəhərindəki Şahzadə Aleksandr Hospitalının həkimlərinin dediklərinə görə, "alternativ təbabət" qurbanı olan bu adam faktiki olaraq ölüm astanasında idi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.