Rianna ana olacaq? - FOTO

9 Aprel 2014 19:11

Dünyanın ən məşhur müğənnilərindən biri, amerikalı Rianna dünən Hollivuddakı "The Supper Club" gecə klubunda idi.

Burada o, yeni sevgilisi, reper Dreyklə birlikdə istirahət edib.


Milli.Az TMZ-yə istinadən bildirir ki, klubun qarşısında reportyorların onları gözlədiklərini anlayan Rianna ilə Dreyk həmin məkana birlikdə yox, ayrı-ayrılıqda gediblər.


Riannanın əynində 411 avro dəyərində, mirvarilərlə bəzədilmiş "FarFetch" cins şalvarı vardı.

Qərbi Hollivuddakı DBA klubunda isə Riannanın sabiq sevgilisi Kris Braunun yeni məşuqəsi Karruç Treyn istirahət edirdi.


Bu arada Riannanın hamilə olduğu barədə iddialar dolaşır. Onun bətnindəki uşağın atasının isə reper Dreyk olduğu deyilir.

Rianna bu iddialarla bağlı açıqlama verməyib.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.